Ukraynada Azərbaycanın dövlət qurumlarına hücum edən haker həbs edilib
Ukraynanın Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən haker saxlanılıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, haker beynəlxalq hüquqi yardım sorğusu çərçivəsində ifşa edilib. “Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, - deyə polis əlavə edib. Hazırda yoxlama davam edir, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən edilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş