Əsas Səhifə > ƏSAS XƏBƏR > Ukraynada Azərbaycanın dövlət qurumlarına hücum edən haker həbs edilib

Ukraynada Azərbaycanın dövlət qurumlarına hücum edən haker həbs edilib


23-07-2023, 16:25



Ukraynanın Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən haker saxlanılıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, haker beynəlxalq hüquqi yardım sorğusu çərçivəsində ifşa edilib.

“Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, - deyə polis əlavə edib.

Hazırda yoxlama davam edir, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən edilir.

Şəffaflıq.az


Geri qayıt