Moskvada dindarlar “Allah böyükdür!” şüarı ilə küçələrə çıxdılar
Rusiyanın paytaxtı Moskvada müsəlmanlar etiraz aksiyası keçiriblər. Etiraza səbəb son günlər Rusiyada hüquq-mühafizə orqanlarının məscidlərdə heç bir xəbərdarlıq və izahat vermədən yoxlanışlar aparmasıdır. Buna etiraz olaraq bu gün cümə namazından sonra dindarlar Moskva metrosunun “Tretyakovskaya” stansiyasının ətrafında toplaşaraq “Allah böyükdür!” şüarlarını səsləndiriblər. Bildirilir ki, aksiya Moskva şəhər meriyası ilə razılaşdırılmayıb. Xatırladaq ki, ötən həftənin cümə günü Moskva vilayətinin Dzerjinsk şəhərində polis əməkdaşları sənədləri yoxlamaq üçün yerli məscidə baş çəkiblər ki, bu da dindarların narazılığına səbəb olub. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məscidə ayaqqabı ilə daxil olublar. Bu azmış kimi, onlar öz hərəkətləri ilə məsciddə ibadət edən şəxslərə mane olublar. Bu əsnada dindarlarla polis arasında münaqişə yaranıb. Şəffaflıq.az
Facebook-da paylaş