Avropa İttifaqı İrana Rusiya ilə hərbi əməkdaşlığına görə xəbərdarlıq edib


Avropa diplomatiyasının rəhbəri Josep Borrel İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla danışıqlar zamanı İranın Rusiya ilə hərbi əməkdaşlığını qəbuledilməz adlandırıb.

Məlumata görə, o, Əmir-Abdullahian ilə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə dialoqun davam etdirilməsinin vacibliyini müzakirə edib və nüvə proqramı üzrə gərginliyin azaldılmasının və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın əsas rolundan danışıb.

“Rusiya ilə hərbi əməkdaşlıq qəbuledilməzdir, İrandakı iğtişaşlar zamanı saxlanılan Aİ vətəndaşları azad olunmalı və insan haqlarına riayət edilməlidir ”, - deyə Borrel bildirib.

Avropa diplomatiyasının rəhbəri iranlı nazirlə söhbətində Quranın yandırılması ilə bağlı hərəkətlərə Aİ-nin mövqeyini də açıqlayıb. O, bunu pisləyərək deyib ki, Quranı təhqir etmək Aİ-nin mövqeyi deyil.

Mənbə: Lenta.ru

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}