Prezident İlham Əliyev və Hakan Fidan regional məsələləri müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin xarici işlər naziri Hakan Fidan regional məsələləri müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, Bakıda səfərdə olan türkiyəli nazir iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışıb. Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edilib.
Facebook-da paylaş