Barış Şimşek: "AFFA Hakimlər Komitəsinin işinə qarışmır"
"AFFA Hakimlər Komitəsinin işinə qarışmır". "Report"un məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek "Hürriyet" nəşrinə müsahibəsində deyib. Türkiyəli mütəxəssis bildirib ki, nə təyinatlar, nə də digər məsələlərlə bağlı heç vaxt hər hansı müdaxilə ilə üzləşməyib: "AFFA-nın nəzdində Peşəkar Futbol Liqası (PFL) fəaliyyət göstərir. Peşəkar liqaları bu qurum təşkil edir. Biz də məhz PFL-in nəzdində işləyirik. Amma hakimlərlə yalnız biz əlaqə saxlayırıq". Şimşek Hakimlər Komitəsinin Türkiyədə olduğu kimi sərt tənqid edilmədiyini söyləyib: "Burada ölkəmizdə həm hakimlik, həm də idarəçilik dövrlərində yaşadığım qədər ağır tənqidlər görməmişəm. Klublar federasiyaya qarşı açıqlamalarında çox diqqətli olurlar". Şəffaflıq.az
Facebook-da paylaş