Mikayıl Cabbarov Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüşüb - FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşüb. O, bu barədə özünün şəxsi “Twitter” səhifəsində paylaşım edib. “Biz sənaye parklarının yaradılmasında ölkəmizin təcrübəsindən istifadə edərək, o cümlədən logistika və alüminium sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini müzakirə etdik”, - deyə nazir bildirib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş