Nazir: “Hazırda həm nazirlik, həm də aparat daxilində kadr diaqnostikasını aparırıq”


“Hazırda həm nazirlik, həm də aparat daxilində kadr diaqnostikasını aparırıq”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. 

O bildirib ki, nəticələrə uyğun olaraq, Prezident İlham Əliyevin qarşımıza qoyduğu hədəflərə nail olmaq üçün həmin kadrlarla çalışacaqlar.

Nazir qeyd edib ki, nazirlikdə strukturla bağlı müvafiq dəyişikliklə zamanı gəlincə ediləcək.

İlhamə Əbülfət

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}