Manilov: “Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi dəstəklənilməlidir”


“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi dəstəklənilməlidir və sülh üçün səylər göstərilməlidir”.

“Report” xəbər verir ki, bunu Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında deyib.

“Bununla bağlı hər zaman perspektivlər var və bu istiqamətdə həmişə səy göstərmək lazımdır”, - o bildirib.

A.Manilov qeyd edib ki, bu gün MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında Ermənistanın sərhəd qurumu da iştirak edib:

“Ümid edirəm ki, Ermənistanda keçiriləcək növbəti görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək”.

Şəffaflıq.az                                                    


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}