Ukraynanın Oleşki şəhəri tamamilə suyun altında qalıb - FOTO


Kaxovka Su Elektrik Stansiyasının partladılması nəticəsində Ukraynanın Xerson vilayətinin işğal altındakı Oleşki şəhəri tamamilə su altında qalıb.

Qeyd olunur ki, şəhərin 40 min sakini olub, lakin müharibədən sonra Oleşkidə yalnız səkkiz min nəfər yaşayırdı.

Oleşki şəhərinin meri Yevgeni Rişçuk bildirib ki, şəhərin su altında qalması nəticəsində üç nəfər həyatını itirib.

Mer ölənlərin sayının artacağını istisna etməyib.

Yevgeni Rişçuk xilasedicilərin daşqın zonasından minlərlə insanı təxliyə etməyə çalışdıqlarını, bir çoxlarının xilas olmaq üçün evlərinin damına çıxdıqlarını əlavə edib.





Mənbə: Vikna.tv

Şəffaflıq.az        


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}