Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. President.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu təbrik məktubunda xalqlarımızın dostluğuna, Estoniya ilə Azərbaycan arasındakı əməkdaşlığın gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyimi bildirirəm. Həmfikir ölkələr arasında əməkdaşlıq xüsusilə Rusiya-Ukrayna müharibəsi və onun bütün dünyaya təsirinin davam etdiyi bir vaxtda son dərəcə əhəmiyyətlidir. Bilirik ki, ölkələrimizin Ukraynaya bu müharibədə qalib gəlməyə kömək etməkdən başqa yolu yoxdur. Müharibələrə son qoyulması, ədalətin və məsuliyyətin təmin olunması istiqamətində işimizi davam etdirməyimiz çox vacibdir. Biz, həmçinin ümid edirik ki, Azərbaycan və Ermənistan arasında bütün Cənubi Qafqaz regionunda sabitliyə, firavanlığa müsbət və uzunmüddətli təsir göstərəcək qarşılıqlı faydalı sülh sazişi imzalanacaqdır. Həmçinin fürsətdən istifadə edərək, Estoniya Respublikasının Müstəqillik Günü münasibətilə təbrikinizə və xoş arzularınıza görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri bundan sonra da dövlətlərimizə və xalqlarımıza xidmət edəcəkdir. Hörmətli həmkarım, ən yüksək ehtiramımı, həmçinin Azərbaycanın və onun xalqının rifahı, firavanlığı naminə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da dövlətimizin başçısına təbrik məktubu göndərib. Məktubda deyilir: “Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram. Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. Şəffaflıq.az
Facebook-da paylaş