Məzahir Pənahov Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinə münasibət bildirib


Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mayın 14-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinə münasibət bildirib.

“Report”un xəbərinə görə, MSK sədri rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib ki, Türkiyədə demokratik seçkilər keçirilib:

“Türkiyə bütün dünyaya seçki nümunəsi göstərdi. Bu seçkilər dünyaya demokratik seçkilərin necə keçirilməsini sübut etdi. Hətta deyərdim ki, Türkiyədə seçki kimi dünyanın heç bir ölkəsində demokratik seçki keçirilməyib”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}