Ukrayna Rusiyaya xəbərdarlıq etdi - VİDEO


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Xarkov, Zaporojye, Donetsk və Xerson vilayətlərinə Rusiya ordusu tərəfindən artilleriya və raket zərbələri endirilib. İtkilər və dağıntılar var.

Həmçinin qeyd edilib ki, Donetsk vilayətinin Baxmut və Avdeyevka şəhərlərində vəziyyət gərgindir. Ukrayna ordusu əldən verdiyi Baxmutu geri almağa cəhd edir.

O da bildirilib ki, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiya ilə bağlı xəbərdarlıq xarakterli açıqlama verib.

O.Danilovun sözlərinə görə, Rusiyanın Voronej, Kursk kimi vilayətlərində insanların təhlükəsizliyinə təminat yoxdur. Bu ərazilərdə Rusiyanın hazırkı müharibə siyasətinə qarşı ciddi narazılıq var və hər an insanlar ayağa qalxıb, vəziyyəti dəyişə bilərlər.

Ətraflı videonu təqdim edirik:

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}