Deputat: “Tələbələri sonra işlə təmin etmiriksə, nə üçün dövlətin vəsaiti havaya sovrulur?” - FOTO
“Ali təhsil müəssisələrində tələbələrin təhsil alması üçün dövlət kifayət qədər vəsait xərcləyir. Lakin sonradan biz onları işlə təmin etmiriksə, o zaman sual olunur ki, nə üçün dövlətin vəsaiti havaya sovrulur?” APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. O bildirib ki, həmçinin əvvəllər ali məktəbi fərqlənmə diplomu ilə bitirənlərin heç bir iş stajı olmadan birbaşa doktoranturaya sənəd vermək imkanı var idi. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş