Yeni dəhşətli pandemiyanın anonsu verildi, episentri açıqlandı


Tayvan növbəti pandemiyanın episentri ola bilər.

Bu fikri İsveçrə Mətbuat Klubunun Cenevrədə təşkil etdiyi mətbuat konfransı zamanı adanın səhiyyə naziri Syue Tszuy-yuan deyib.

“Qorxuram ki, Tayvan növbəti pandemiyanın episentri olacaq. Bunun bütün dünya üçün dəhşətli nəticələri gözlənilir”, - deyə qurumun rəhbəri bildirib.

Onun belə bir proqnoz verməsinin səbəbləri açıqlanmır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasının statusunu, mayın 11-də isə dünyada meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejimini ləğv edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}