Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib


Mədəniyyət Nazirliyində kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, 2023-cü il martın 1-də Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Fərid oğlu Hüseynov vəzifəsindən azad olunaraq, mədəniyyət nazirinin müavini təyin edilib.

Nazirlik məlumatı Oxu.Az-a təsdiqləyib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}