Azərbaycan-Ermənistan danışıqlarını kim pozmağa çalışır? - Həmid Həmidovdan ŞƏRH + VİDEO
Ermənistan regionda sabitliyi pozmaq cəhdlərindən əl çəkmir. “Global Media Group”un media direktoru Həmid Həmidov CBC televiziyasına Üçtərəfli Bəyanatın yekunlaşmasından sonra üç il ərzində davam edən erməni təxribatlarının, eləcə də erməni mediası və rəhbərliyi tərəfindən dezinformasiyanın yayılmasının səbəbləri və İrəvanın Azərbaycan-Ermənistan sülh sazişinin bağlanması üzrə konstruktiv danışıqlar aparmaq istəməməsini şərh edib. Onun sözlərinə görə, hər dəfə çox vacib görüşdən əvvəl Ermənistanla Azərbaycanın şərti sərhədində gərginlik müşahidə edilir və bu artıq ənənəvi xarakter alıb. “Bu, danışıqları pozmaq cəhdidir. Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan heç nəyə baxmayaraq görüşdə iştirak edəcəyini deyib. Ancaq biz bilirik ki, Paşinyan indi bir söz deyir, iki dəqiqədən sonra başqa söz, sabah da tamam fərqli fikirlər səsləndirə bilər. Danışıqları Paşinyan, ya hələ nəzarətə götürə bilmədiyi siyasi, hərbi qüvvələr, yoxsa üçüncü tərəf pozmaq istəyir - bu hələ aydınlaşmalıdır”, - deyə o vurğulayıb. Ətraflı süjetdə: Şəffaflıq.az
Facebook-da paylaş