Azərbaycandan Türkiyəyə seçki bülletenləri göndərilib - FOTO
Azərbaycandan Türkiyəyə seçki bülletenləri göndərilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında yazıb. “Bakıdan göndərilən, millətin iradəsini əks etdirən seçki bülletenləri bizim Ali Seçki Komitəsinə (YSK/Yüksek Seçim Kurulu) təhvil verilib. Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik”, - deyə o qeyd edib. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş