KİV: Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edir


Ermənistan sanksiyalaşdırılmamış satışlar hesabına Rusiyanın Qərbin qoyduğu sanksiyalardan yan keçməsinə kömək edir.

“Trend” xəbər verir ki, bu barədə xarici KİV yazır.

Qeyd olunur ki, Rusiya təqribən Ukrayna ilə müharibədən əvvəlki qədər məhsul idxal edir.

“Qərbi yeni ticarət tərəfdaşları əvəz edib. Hazırda Çin Rusiyaya 2019-cu illə müqayisədə ikiqat çox satış həyata keçirir. Qərbdən “paralel” idxal - Rusiyaya üçüncü ölkədən qazlı içkilərdən kompüter çiplərinə qədər hər şeyin sanksiyalaşdırılmamış satışı - qəfildən artıb. 2022-ci ildə Ermənistanın Aİ-dən idxalı müəmmalı şəkildə ikiqat artdığı halda ölkənin Rusiyaya ixracı üçqat artıb”, - deyə müəllif yazır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin üç - Ticarət, Xəzinədarlıq və Ədliyyə - nazirliyi tərəfindən Rusiyaya qarşı sanksiyalardan yayınmaq cəhdlərinin xüsusiyyətləri haqqında üçtərəfli bəyanat dərc olunub.

Sənədə əsasən, daha çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçmaq üçün kənar vasitəçi və ya məntəqələrdən istifadədir. Beləliklə, aydın olub ki, Qərbin sanksiyalarından yayınaraq malların Rusiya və ya Belarusa qanunsuz yönləndirilməsində Ermənistandan istifadə olunur.

Avropa Şurasının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano “Trend”ə bildirib ki, Aİ Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırır.

“Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzü, BMT Nizamnaməsini pozması və hərbi cinayətlərə bərabər olan vəhşiliklər törətməsi ilə əlaqədar olaraq ona qarşı bir sıra genişmiqyaslı sanksiyalar tətbiq edib. Aİ bütün ölkələri bu sanksiyalara qoşulmağa, milli səviyyədə analoji tədbirlər görməyə, yaxud ən azından bu sanksiyalardan yayınmağa yol verməməyə çağırıb. Aİ-nin öncəki sanksiya paketi həmçinin sanksiyalardan yayınmağa imkan verən fiziki və ya hüquqi şəxslərə qarşı sanksiya tətbiq etmək imkanını nəzərdə tutur”,- o deyib.

P.Stanonun sözlərinə görə, Avropa İttifaqı sanksiya tətbiq olunmuş malların Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticari axınlarını diqqətlə izləyir.

“Ermənistan kontekstində biz, həqiqətən, müəyyən anormal ticari axınlar müşahidə etmişik. Biz bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq”, - o deyib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}