Putin: “Türkiyə sənayeləşmiş ölkələr klubuna qoşuldu”
Türkiyə Akkuyu AES-in nüvə obyekti kimi qeydiyyata alınması ilə sənaye və texnoloji cəhətdən inkişaf etmiş ölkələr klubuna daxil olub. Bunu Rusiya Prezidenti Vladimir Putin cümə axşamı stansiyaya nüvə yanacağının ilk partiyasının çatdırılması mərasimində deyib. Müvafiq sertifikatın Türkiyə tərəfinə təhvil verilməsindən danışan Rusiya lideri qeyd edib ki, Türkiyənin ilk AES-i rəsmi nüvə obyekti statusu alıb və Akkuyu üzərində dinc atom bayrağı dalğalanır. “Türkiyənin artıq öz nüvə sənayesinə malik olan sənaye və texnoloji cəhətdən inkişaf etmiş dövlətlər klubuna qoşulmasının Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə təsadüf etməsi çox simvolikdir”, - deyə Putin vurğulayıb. Şəffaflıq.az
Facebook-da paylaş