Rəcəb Tayyib Ərdoğan səhhəti ilə bağlı açıqlama verdi - FOTO


“Sıx iş qrafiki ilə bağlı efir əsnasında səhhətimlə bağlı yaşadığım xırda narahatlığıma görə “keçmiş olsun” diləklərini, dualarını çatdıran nəcib millətimin hər bir fərdinə, hər bir bacı-qardaşıma təşəkkürümü bildirirəm”.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabından xalqa müraciətində bildirib.

O, həkimlərin məsləhəti ilə evdə istirahət edəcəyini deyib və Kırıkkale, Yozgat, Sivasda sakinlərlə görüşə bilməyəcəyi üçün təəssüfünü dilə gətirib.

“Kırıkkale, Yozgat və Sivasdakı tədbirlərdə bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək. Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik. Sevgili millətimizi “Türkiyənin yüz ili” hədəflərinə çatdırmaq üçün fəaliyyətlərimizə davam edəcəyik”, - deyə dövlət başçısı əlavə edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}