Rusiyada polis kapitanı üç xidməti maşını yandırdı - FOTO


Rusiyanın Kirov vilayətində tağım komandirinin müavini, polis kapitanı Sergey Krivoşein ehtiyatsızlıq ucbatından üç xidməti maşının yanmasına səbəb olub.

Belə ki, növbətçi olan polis kapitanı boş yerə vaxt itirməmək üçün qarajdakı bitumla çirklənmiş xidməti maşınları benzinlə təmizləmək qərarına gəlib. Eyni zamanda da siqaret çəkmək istəyən Sergey Krivoşein siqareti yandırıb və təmizlik prosedurlarına başlayıb.

Kapitan Krivoşein maşınları təmizləyib, lakin siqareti yaxşı söndürməyib. Nəticədə qarajda yanğın baş verib.

Alov bütün qarajı bürüyüb və içəridəki üç xidməti avtomobil də yanıb. İki “Skoda” və bir UAZ avtomobili tamamilə yararsız hala düşüb.

Kapitan Krivoşein yanğını təkbaşına söndürməyə çalışsa da, buna nail ola bilməyib. Onun əlləri yanıb və yanıq xəsarətləri xəstəxanaya yerləşdirilib.

Yanğınsöndürənlər bir saat ərzində alovu söndürüblər. Kapitanı isə müalicə kursundan sonra xoşagəlməz yoxlama gözləyir.




Mənbə: “Baza” “Telegram”

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}