Gədəbəydə müəllimə və həyat yoldaşının meyitləri tapıldı
Gədəbəydə evdən iki meyit tapılıb. Şəffaflıq.az -ın məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib. Meyitləri tapılan şəxslər kənd sakinləri - 1959-cu il təvəllüdlü Oktay Əliyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Məryəm Məmmədovadır. Onların dəm qazından öldüyü bildirilir. Qeyd edək ki, qadın kənd məktəbində müəllimə, kişi həmin təhsil müəssisəsində texniki işçi kimi çalışıblar. Samir İsayev
Xəbəri paylaş
Facebook-da paylaş