"Olimpiakos"un baş məşqçisi istefa verib


Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales istefa verib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, ispaniyalı mütəxəssis öz istəyilə vəzifəsini tərk edib.

60 yaşlı baş məşqçinin istefası klub rəhbərliyi tərəfindən qəbul olunub.

Qeyd edək ki, Miçel Qonsales 2022-ci ildən "Olimpiakos"un sükanı arxasında idi. Pirey təmsilçisi bu mövsüm UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında Yunanıstanda keçirilmiş oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıdakı matçda isə qapılara qol vurulmayıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}