Prezident dövlət agentliyinə 7,8 milyon manat ayırdı


Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu - Kürdəmir - Bəhrəmtəpə (19 km) - Ərəbmehdibəy - Dədəli - Qasımbəyli - Xəlilli - Mustafalı - Göydəlləkli - Təklə - Dəlilər - Qaraqoyunlu - Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu - Kürdəmir - Bəhrəmtəpə (19 km) - Ərəbmehdibəy - Dədəli - Qasımbəyli - Xəlilli - Mustafalı - Göydəlləkli - Təklə - Dəlilər - Qaraqoyunlu - Kəndoba avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrıl

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}