Britaniya kəşfiyyatı: “Rusiya yeni İran PUA-ları alıb”


Britaniya Müdafiə Nazirliyinin gündəlik hərbi kəşfiyyat hesabatına görə, martın əvvəlindən bəri Rusiya, ehtimal ki, Ukraynadakı hədəflərə İran istehsalı ən azı 71 “Şahed” dronu atıb.

Yeni hücumlar fevralın sonundakı dron hücumlarında iki həftə sonra baş verib. Böyük ehtimalla, Rusiya bu fasilə ərzində dron ehtiyatını müntəzəm olaraq doldurub.

Bildirilir ki, Rusiya İran PUA-larını iki istiqamətdən - Krasnodar diyarından və Bryansk vilayətindən havaya qaldırır. Bu, ona Ukrayna ərazisinin geniş sektorunu hədəf almağa imkan verir və ölkənin şimalındakı hədəflərə uçuş vaxtını azaldır. Bu, həm də Ukraynanın hava hücumundan müdafiə vasitələrini yayındırmaq cəhdi sayıla bilər.

Mənbə: BBC

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}