“Haber Global”: “Fransanın lakmus kağızı Korsika: 350 minlik əhalisi olan adada nələr baş verir?” - VİDEO
“Fransa hökuməti söhbət Ermənistandan gedəndə bir ovuc erməninin dəstəklədiyi separatçı gündəmi müdafiə edir, Azərbaycanın hüquqlarını, ərazi bütövlüyünü, suverenliyini tanımır. Ancaq məsələ Fransa ilə bağlı olduqda - Korsikanın muxtariyyət məsələsində tamamilə əks mövqe sərgiləyir”. Bu barədə “Haber Global”ın hazırladığı “Fransanın lakmus kağızı Korsika: 350 minlik əhalisi olan adada nələr baş verir?” mövzusundakı süjetində bildirilir. Qeyd edək ki, bir neçə gün öncə Fransanın Korsika adasında Parlamentdə ana dilində danışmaq yasaqlanıb. Bundan sonra dövlət qurumlarında ancaq fransız dilində danışılacaq. Qərar Fransa ilə Korsika arasında gərginliyə səbəb olub. Bəs görəsən, Fransa Prezidenti Emmanuel Makron muxtariyyət haqqı sözünü tutacaq, yoxsa bunu kart kimi istifadə edəcək? Ətraflı süjetdə: Şəffaflıq.az
Facebook-da paylaş