Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 20 % artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları (NKA) ilə dövriyyə 3,1 milyard manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % çoxdur. Şəffaflıq.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bundan başqa, məlumata görə, indiyə qədər ölkə ərazisində 86 447 ədəd yeni nəsil NKA quraşdırılıb. "Onlardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır", - deyə qurum bəyan edib.
Xəbəri paylaş
Facebook-da paylaş