Maliyyə Monitorinqi Xidməti auditor seçib
Maliyyə Monitorinqi Xidməti 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "L.B. Audit Xidməti" MMC-dir. Qalib şirkətə 9,5 min manat ödəniləcək.
Xəbəri paylaş
Facebook-da paylaş