Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub


Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Birinci Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

Şəffaflıq.az xəbər verir ki, mərasimdə ölkənin mədəni-ictimai xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları Rüstəm İbrahimbəyov haqqında xatirələrini və yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.

Aytac Qasımova


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}