Azərbaycanda oynamış tanınmış hücumçu karyerasını başa vurub


Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah"ın sabiq futbolçusu Petar Şkuletiç peşəkar karyerasını başa vurub.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə serbiyalı hücumçu yerli mətbuata açıqlama verib.

33 yaşlı hücumçu qərarın son vaxtlar aşağı səviyyədə çıxış etməsi ilə bağlı olduğunu bildirib: "Hələ də oynaya bilərdim, amma karyeramın son vaxtlar necə getdiyinə baxanda başa düşdüm ki, bəlkə də bitirmək daha yaxşıdır".

Qeyd edək ki, Petar Şkuletiç 2021-ci il sentyabrın 14-dən oktyabrın 27-dək "Sabah"ın formasını geyinib. Daha çox ölkəsinin "Partizan" klubundakı çıxışı ilə tanınan veteran futbolçu müxtəlif vaxtlarda Avstriyanın LASK, Rusiyanın "Lokomotiv" (Moskva), Türkiyənin "Genclerbirliyi" və "Sivasspor", həmçinin Fransanın "Monpelye" komandalarında çıxış edib. Onun son klubu "Sabah" olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}