Ümummilli Lider Heydər Əliyev ilinə həsr olunmuş Biologiya fənnindən bilik yarışması keçirildi

Ümummilli Lider Heydər Əliyev ilinə həsr olunmuş Biologiya fənnindən bilik yarışması keçirildi.

Azərbaycan Respublikasında 2003-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikasın Prezidentinin Sərəncamı çərçivəsində 07.03.2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş VII siniflər arasında Biologiya fənnindən Lisey və Gimnaziyalararası onlayn bilik yarışması keçirildi.Yarışmanın məqsədi həm Bakı, həm də bölgələrdə olan şagirdlərlə təcrübə və biliyin paylaşılması, qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsinin aparılmasıdır.Yarışmanın təşkilatçısı S.C.Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktor müavini, pedaqoq Günel Vahabzadədir. Yarışmada Şəki KBTL, Şirvan KBL, Şəmkir KBL, Fizika Riyaziyyat İnformatika təmayüllü lisey, Kimya Biologiya Təmayüllü lisey, Gəncə FRİTL, Quba FRİTL lisey və gimnaziyalarının şagirdləri iştirak edirdi. Suallar məntiqi təfəkkürə əsaslanan, şagirdlərin bilik və bacarığını nümayiş etdirə biləcəkləri şəkildə tərtib olunmuşdu. Bilik yarışmasında I yeri Şəki KBTL, II yeri Şirvan KBL, III yeri Kimya Biologiya Təmayüllü liseyin şagirdləri oldular. VII siniflər arasında Biologiya fənnindən Lisey və Gimnaziyalararası onlayn bilik yarışmasının iştirakçılarına və komandaların rəhbərlərinə sertifikatlarlar veriləcəkdir. Sualların tərtib olunmasında Camal Kərimov, eləcə də hər bir lisey və gimnaziyanın rəhbərləri əməkdaşlıq edərək bilik yarışmasına şərait yaratmaqda yaxından iştirak etmişdilər.















 

Aynur Şükürlü

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}