İtaliya sahillərində taxta qayıq batıb: 80 əfqan boğularaq ölüb


“Taliban” rəhbərliyi İtaliya sahillərində gəminin batması nəticəsində 80 əfqanın boğularaq öldüyünü təsdiqləyib.

Əfqanıstan tərəfinin məlumatına görə, qeyri-qanuni miqrantlar taxta qayıqla Türkiyədən İtaliyaya keçməyə cəhd ediblər.

Baş vermiş hadisədən sonra Əfqanıstanın Xarici İşlər Nazirliyi vətəndaşlarından qeyri-qanuni miqrasiyadan çəkinməyi tövsiyə edib.

Bundan əlavə, “Taliban” beynəlxalq strukturlardan, xüsusən də Beynəlxalq Qırmızı Xaç Komitəsindən boğulan əfqanların cəsədlərinin axtarışı və vətənlərinə qaytarılmasına köməklik göstərməyi xahiş edib.

Mənbə: Sputnik Əfqanıstan

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}