Taliblər ölkədəki diplomatik missiyalara hücumlarda məsul olan İŞİD komandirini məhv etdi - FOTO


Əfqanıstanda İŞİD-in bir qolu olan “Vilayət Xorasan”ın komandiri məhv edilib.

Bu barədə “Taliban” hərəkatının sözçüsü Zabiullah Mücahid xəbər verib.

Onun sözlərinə görə, qruplaşma ölkədəki xarici nümayəndəliklərə hücumlara görə məsuliyyət daşıyıb.

“Dünən gecə Kabil şəhərinin Xeyrxan rayonunda keçirilən əməliyyat zamanı İŞİD-in iki üzvü öldürülüb, onlardan biri İŞİD-in Xorasan qolunun mühüm rəsmisi Qari Fatehdir. Kabildəki xarici diplomatik səfirliklərə, məscidlərə və digər obyektlərə son hücumlar onun birbaşa nəzarəti altında həyata keçirilib”, - deyə Mücahid bildirib.

Taliban sözçüsü, həmçinin bir müddət əvvəl İŞİD-in Hindistan yarımadasındakı lideri Əmin Ahanqarın məhv edildiyini və terror təşkilatının bir sıra digər üzvlərinin (o cümlədən xarici vətəndaşların) həbs olunduğunu vurğulayıb.


Şəffaflıq.az 



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}