Stoltenberq Türkiyədəki zəlzələləri alyans ərazisində baş verən ən böyük təbii fəlakət adlandırdı
“Türkiyədə fevralın 6-da baş verən zəlzələlər alyans ərazisində meydana gələn ən böyük təbii fəlakətdir”. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ankarada Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi brifinqdə deyib. “Türkiyədəki zəlzələlər NATO-nun yaranmasından bəri alyansımızın ərazisində baş verən ən ölümcül, ən dəhşətli fəlakətdir”, - deyə o bildirib. Qeyd edək ki, Stoltenberq bu gün Türkiyəyə səfər edib. Onun səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılıb Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş