Əsas Səhifə > XARİCİ XƏBƏR > Stoltenberq Türkiyədəki zəlzələləri alyans ərazisində baş verən ən böyük təbii fəlakət adlandırdı

Stoltenberq Türkiyədəki zəlzələləri alyans ərazisində baş verən ən böyük təbii fəlakət adlandırdı


16-02-2023, 13:45


“Türkiyədə fevralın 6-da baş verən zəlzələlər alyans ərazisində meydana gələn ən böyük təbii fəlakətdir”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ankarada Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi brifinqdə deyib.

“Türkiyədəki zəlzələlər NATO-nun yaranmasından bəri alyansımızın ərazisində baş verən ən ölümcül, ən dəhşətli fəlakətdir”, - deyə o bildirib.

Qeyd edək ki, Stoltenberq bu gün Türkiyəyə səfər edib. Onun səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılıb

Şəffaflıq.az


Geri qayıt