Ned Prays: “ABŞ Cənubi Qafqazda gərginliyi azaltmağa çalışır”
“Həm Ermənistana, həm Azərbaycana, həm də bütün regiona mesajımız hərtərəfli və davamlı sülh yoluna qayıtmaq naminə gərginliyi azaltmaq üçün bir yol tapmaqdır”. Onun sözlərinə görə, ABŞ bu istiqamətdə göstərilən səylərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda iştirak edir. “Vaşinqton prosesi irəliyə aparmaq üçün institutlar və qruplar vasitəsilə əlindən gələni edəcək. Ümid edirik ki, başqa ölkələr də eyni mesajı göndərəcəklər”, - deyə o bildirib.Şəffaflıq.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş