Məşhur aktrisa Angelina Coli Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-da baş verən güclü zəlzələdən sonra bu ölkəyə, habelə Suriyaya yardım etməyə çağırıb.
Məşhur aktrisa Angelina Coli Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-da baş verən güclü zəlzələdən sonra bu ölkəyə, habelə Suriyaya yardım etməyə çağırıb. Şəffaflıq.az xəbər verir ki, aktrisa bununla bağlı instaqram hesabında paylaşım edib. Aktrisa paylaşımda axtarış-xilasetmə işləri aparan bir işçinin videosunu paylaşaraq, “Yardımınıza ehtiyacımız var” - yazıb. Paylaşımda həmçinin Kahramanmaraşda dağıntılar altında həyatını itirən qızının əlindən tutan atanın fotosi, Hatayın dronla çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən bir kadr da yer alıb. Yardım kampaniyasının linkini də izləyiciləri ilə paylaşan məşhur aktrisa "Qəlbim Suriya və Türkiyə xalqı ilədir. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər və beləcə həyatları xilas etmək üçün səylərini davam etdirə bilərlər”, - aktrisa əlavə edib.
Facebook-da paylaş