ÜST rəhbəri Qebreyesus Suriyaya yollanıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus zəlzələdən zərər çəkmiş Suriyaya yollanıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə o, özünün “Twitter” hesabında yazıb. “Mən Suriyaya gedirəm”, - yazan ÜST rəhbəri əlavə edib ki, təşkilat ölkə daxilində uzun illər ərzində apardığı işlərə əsaslanaraq zəlzələdən zərər çəkmiş ərazilərdə əsas səhiyyə xidmətlərini dəstəkləyir. Son məlumatlara görə, Suriyada zəlzələ qurbanlarının sayı 3 162 nəfərə çatıb, daha 2 200 nəfərdən çox insan yaralanıb. Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş vurğulayıb ki, zəlzələdən sonra heç bir sanksiya Suriyaya humanitar yardımın göstərilməsinə mane olmamalıdır. Həmçinin Vaşinqton zəlzələdən zərər çəkən Suriyaya yardımların çatdırılmasına şərait yaratmaq məqsədilə bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları 8 avqust 2023-cü ilə qədər yumşaldıb.
Facebook-da paylaş