Şamaxının Məlikçobanlı kənd Məktəbliləri internetin imkanları və ondan düzgün istifadə edilməsi barədə məlumatlandırılıblar

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən Şamaxının Məlikçobanlı kəndindəki Gülağa Ağayev adına tam orta məktəbdə “İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda seminar keçirilib.
Şəffaflıq.az xəbər verir ki, üç əsas istiqamətdə aparılan seminarda məktəblilərə rabitə və internet haqqında ümumi məlumat verilib, tədris və fərdi inkişaf üçün internetin geniş imkanları, o cümlədən təhlükələri barədə danışılıb. Həmçinin müasir virtual şəbəkədə məsuliyyətli davranış qaydaları, zərərli kontentlərdən sığortalanmaq, şəxsi məlumatların təhlükəsizliyi və digər mövzular haqqında ətraflı bəhs olunub. “İnternetdən hansı məqsədlə istifadə edirik?”, “İnternetdən səmərəsiz istifadə zamanı qarşımıza çıxan təhlükə və bu təhlükələrdən müdafiə”, “Akademik saxtakarlıq”, “Virusun yayılması” və digər mövzular ətrafında geniş danışılıb.
Tədbirin sonunda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu layihə kənd yerlərində yaşayan məktəblilərin internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərinin artırılması üçün nəzərdə tutulub. İki ildən çoxdur müxtəlif regionlarda keçirilən bu cür maarifləndirici tədbirin digər bölgələrdə də davam etdirilməsi planlaşdırılır.
Seminar Beynəlxalq Müəllimlər Günü ərəfəsinə təsadüf etdiyinə görə təşkilatçılar tərəfindən məktəbin müəllimlərinə və məktəblilərə müxtəlif hədiyyələr də verilib.AZƏRTAC

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}