İranda ifadəyə çağırılan azərbaycanlı musiqiçinin həbs olunduğu ortaya çıxıb
Yanvarın 30-da İranın Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırılan Məsumə Bənagərin həbs olunduğu bəlli olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Bildirilib ki, M. Bənagər rejim qüvvələri tərəfindən qətlə yetirilən soydaşımız Cavad Heydərinin anım mərasiminə qatıldığı üçün saxlanılaraq həbs edilib. Təşkilatın məlumatına görə, Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən qanunsuz şəkildə evdən həbsxanaya aparılıb. O, sosial şəbəkədə bir neçə hekayə paylaşmaqda ittiham olunub. Daha sonra dekabrın 25-də ifadə vermək üçün çağırılıb və həbs edilib. On gündən sonra o, məhkəmə prosesi başa çatana qədər zaminə buraxılıb. Qeyd edək ki, Azərbaycan türklərinin kompakt yaşadığı Qəzvin şəhərinin sakini Məsumə Bənagər musiqiçidir və uşaq musiqi müəllimidir.
Facebook-da paylaş