Bayden Polşada Zelenski ilə görüşə bilər
ABŞ Prezidenti Co Bayden Polşada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər. Hazırda tərəflər danışıqların bu formatını nəzərdən keçirirlər. Bu barədə Polşanın “Dziennik Gazeta Prawna” qəzeti Kiyevdəki diplomatik mənbəyə istinadən məlumat verib. Məlumata görə, Ukrayna tərəfi artıq təklif olunan danışıqlar proqramını hazırlayır. Bildirilir ki, Zelenski Baydenə özünün 10 bəndlik sülh planını təqdim etməyi, o cümlədən rusiyalı hərbçilər tərəfindən törədilən müharibə cinayətlərinin araşdırılması üçün xüsusi tribunalın yaradılması ilə bağlı müzakirələr aparmağı planlaşdırır. Paralel olaraq Ukraynaya silahların verilməsi, xüsusən də ABŞ-nin icazəsi ilə Polşadan təyyarələrin mümkün tədarükü ilə bağlı danışıqlar aparılacaq. Hələ ki nə Amerika, nə də Ukrayna tərəfi bu danışıqları rəsmən təsdiq edib. Mənbə: UNİAN Şəffaflıq.az
Facebook-da paylaş