Cennifer Lopez çəkiliş meydançasında ölüm təhlükəsilə üzləşib



Amerikalı müğənni və aktrisa Cennifer Lopez yeni filminin çəkiliş meydançasında ölüm təhlükəsilə üzləşib.

Ben Afflekin həyat yoldaşı “My Pirate Wedding” filminin çəkilişi zamanı acı təcrübəsindən danışıb.

Məşhurun sözlərinə görə, o, Dominikan Respublikasında çəkiliş apararkən az qala qayadan yıxılacaqdı. Lakin Coş Dyuamel onu yıxılmaqdan xilas edə bilib.

CeyLo çəkilişləri bütövlükdə müsbət qiymətləndirib.

“Mən hiss edirəm ki, biz çox yaxşı iş görmüşük”, - deyə ekran ulduzu bildirib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}