Ursula fon der Lyayen: “Ukrayna Avropa dəyərləri uğrunda mübarizə aparır və müharibədə qalib gəlməlidir”
Ukrayna Avropa İttifaqının qeyd-şərtsiz dəstəyinə malikdir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, ölkə Avropa dəyərlərini qorumaq üçün Rusiyaya qarşı müharibədə qalib gəlməlidir. O, yanvarın 28-də Almaniyanın Düsseldorf şəhərində partiyası Xristian Demokratik İttifaqı üçün keçirilən tədbirdə çıxışı zamanı bəyan edib ki, “Biz heç bir “əgər” və “amma” olmadan Ukraynanın tərəfindəyik”. Onun sözlərinə görə, Ukrayna “ortaq dəyərlərimiz üçün mübarizə aparır, beynəlxalq hüquqa və demokratiya prinsiplərinə riayət etmək üçün mübarizə aparır. Ona görə də Ukrayna bu müharibədə qalib gəlməlidir”. Bu açıqlama gələn həftə keçiriləcək Aİ-Ukrayna sammitindən əvvəl verilib. Fon der Lyayen və onun digər Avropa komissarları fevralın 3-də sammit keçirməyi planlaşdırırlar. Mənbə: rbc.ua Şəfaflıq.az
Facebook-da paylaş