TDT-nin Baş katibi Özbəkistan Prezidenti ilə görüşüb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanicbek Omuraliyevi qəbul edib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə təşkilat məlumat yayıb. Baş katib Özbəkistanın türk dünyasının ümumi mənafeyi istiqamətində atdığı addımları və göstərdiyi xidmətləri yüksək qiymətləndirib. O, Özbəkistanın TDT-yə sədrliyinin qurumun inkişafına töhfə verdiyinə inamını ifadə edib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən TDT-nin gələcək perpsketivləri barədə danışıblar. Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib.
Xəbəri paylaş
Facebook-da paylaş