Filippində daşqın qurbanlarının sayı 38 nəfərə yüksəlib


Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 38 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının dərc olunmuş hesabatında qeyd olunub.

Bildirilib ki, 5 nəfər itkin düşüb. Məlumata görə, daşqınlar ölkənin 14 regionunda 1,94 milyondan çox filippinliyə ziyan vurub. Bundan əlavə, daha 116,6 min sakin təxliyə edilməli olub.

Sel 306 yola, 65 körpüyə və 35 dəniz limanına ziyan vurub, 622 şəhərdə məktəblər və fabriklər müvəqqəti bağlanıb, 84 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}