Milli Məclisdə turizmlə bağlı müzakirələrin keçirilməsi təklif edilib


“Azərbaycanda demək olar ki, pandemiya artıq sona çatır. Gediş-gəliş əlaqələri də bərpa olunur. Təklif edirəm ki, parlamentin yaz sessiyası müddətində turizmin icra vəziyyəti ilə bağlı həm turizm şirkətlərinin rəhbərləri, həm də aidiyyəti üzrə qurumlarda müzakirə aparaq”.

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

Komitə sədri təklif edib ki, toplantıda “Turizm haqqında” qanuna hər hansı dəyişiklik və ya əlavə edilməsinin zəruriliyi müzakirə edilsin:

“Hesab edirəm ki, bu, faydalı ola bilər”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}