Anar Bağırov: "Vəkillərin sosial şəbəkələrdə öz həmkarlarını müzakirəyə çıxarması yolverilməzdir"


"Mən dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, vəkillərin sosial şəbəkələrdə öz həmkarlarını müzakirəyə çıxarmasının əleyhinəyəm. Bu, vəkillərin etik davranış qaydalarına da ziddir".

Şəffaflıq.az-ın xəbərinə görə, bu fikirləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, vəkillərin aralarında olan münasibətlər Kollegiya çərçivəsində öz həllini tapmalıdır: "Kənar müzakirələrin aparılması yolverilməzdir. Bu, nəticə etibarilə cəmiyyətdə vəkilliyin nüfuzuna mənfi təsir göstərir. Kimin narazılığı varsa, Vəkillər Kollegiyasına müraciət etsin, intizam icraatı başlanılsın və məsələyə hüquqi qiymət verilsin".

Sədr vəkilləri bir-birinə hörmətlə yanaşmağa çağırıb: "Vəkillik peşəsinin nüfuzunu qorumaq hər bir vəkilin borcudur".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}