Ceyhun Bayramov: “Son günlər Ermənistanın manipulyasiya siyasətinin başqa nümunəsini görürük”


“Sülh danışıqlarının bir gündəliyi vardı. Onu da diqqətə çatdırmaq istəyərəm ki, sülh gündəliyinin irəli aparılması ilə bağlı ilk gündən başlayaraq məhz Azərbaycan tərəfindən təşəbbüs olub”.

Şəffaflıq.az  xəbər verir ki, bu sözləri 20 Yanvar şəhidlərini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Hələ 2021-ci ilin yanvar ayından Prezident bu istiqamətdə çağırış edib. 44 günlük Vətən müharibəsindən sonra düşmənçiliyin üstündən xətt çəkməyə, sülhə hazır olduğumuzu bəyan edib. Məlum beş baza prinsipinin təşəbbüskarı da Azərbaycan olub və qarşı tərəfə təqdim edilərək ictimailəşdirilib.

Ötən ilin avqust ayında Brüsseldə Avropa İttifaqının sədrinin iştirakı ilə xarici işlər nazirlərinə tapşırıq verilmişdi ki, sülh hazırlıqlarına başlansın. İlk görüş Cenevrədə oktyabrda baş tutdu. Danışıqlar prosesinin ikinci raundu noyabr ayında Vaşinqtonda oldu və qarşılıqlı razılıq əldə edildi ki, üçüncü görüş 23 dekabrda Moskvada keçirilsin. Görüşə bir gün qalmış Ermənistan görüşdən imtina etdi, beləliklə, Ermənistan danışıqlar prosesini dalana dirədi. BU, Ermənistanın qeyri-ciddi addımlarının bariz nümunəsidir.

Biz son günlər ərzində də Ermənistan tərəfinin manipulyasiya siyasətinin başqa nümunəsini görürük. Onlar məsələni Azərbaycan tərəfinin üzərinə atıb beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və çaşqınlıq yaratmağa çalışırlar. Azərbaycan tərəfi danışıqlara sadiq olduğunu bəyan edir. İstənilən qısa zamanda növbəti görüşün keçirilməsinə hazır olduğumuzu bildiririk”, -deyə qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}