Yaponiyada COVID-19 mövsümi xəstəlik sayılacaq


Yaponiya hökuməti aprelin 1-dən etibarən COVID-19-un hüquqi statusunu dəyişdirmək və onu mövsümi qripə uyğun kateqoriyaya keçirmək niyyətindədir.

Qeyd olunur ki, qərar yanvarın 20-də Baş nazir Fumio Kişida və hökumət üzvlərinin iştirakı ilə keçiriləcək iclasda elan olunacaq.

Hazırda COVID-19 Yaponiyada yoluxucu xəstəliklər statusundadır və bu, koronavirusa yoluxanların dövlət hesabına müalicəsini tələb edir.

Bu status həm də COVID-19-a yoluxmaqda şübhəli bilinən insanların karantinə alınması kimi məhdudiyyətlərin tətbiqinə imkan verir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}